Avtobus uçuruma yuvarlandı

bus_crash_100913Çinin Şensi əyalətində avtobus qəzaya uğrayıb, təqribən 30 nəfər həlak olub. Bu barədə “Sinxua” agentliyinə istinadən məlumat verir.

Avtobusda 40-dan çox sərnişin olub. Nəqliyyat vasitəsi Sanyan şəhəri yaxınlığında yoldan çıxaraq 30 metrlik uçuruma yuvarlanıb.