Avtobus yanır – Ölənlər və yaralananlar var – FOTO/YENİLƏNDİ

16:00

Türkiyənin Balıkesir əyalətində avtobusda yanğın hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, ölənlərin və xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə təcili yardım və xilasetmə qrupları cəlb edilib.

***

Hadisə Balıkesirin İvrindi şəhərində baş verib.

Avtobusda 34 sərnişin olub. Onlardan  5-i ölüb, 17-si yaralanıb.

Yanğının baş vermə səbəbi araşdırılır.