Avtobus yarğana yuvarlandı: 11 ölü

скачанные-файлы-213Hindistanda avtobusun yarğana yuvarlanması nəticəsində 11 nəfər ölüb, 35 nəfər yaralanıb

Hindistanın Andxra-Pradeş ştatında avtobusun yarğana yuvarlanması nəticəsində 11 nəfər ölüb, 35 nəfər yaralanıb.

Hadisə Penukonda şəhəri yaxınlığında, Anantapur dairəsində baş verib.

Qəzanın səbəbi məlum deyil. Həlak olanlardan dördü tələbədir.