Avtobus yük maşını ilə toqquşdu: 1 ölü, 25 yaralı – VİDEO

Türkiyənin Uşak vilayətində yük maşını sərnişin avtobusu ilə toqquşub.

Yenicag.az türk mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanların hamısının Türkiyə vətəndaşları olduğu və xəstəxanalara yerləşdirildiyi bildirilib.