Avtobus yük maşını ilə toqquşdu – 12 yaralı

Türkiyənin Düzcə vilayətində fəhlələri aparan avtobus yük maşını ilə toqquşub.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 12 nəfər yaralanıb.

Toqquşma zamanı avtobusun idarəetməni itirərək kafenin binasına girdiyi bildirilir.

Bütün yaralıların Türkiyə vətəndaşları olduğu qeyd edilir.