Avtobus yük maşını ilə toqquşdu – 37 yaralı

Türkiyənin Duzce vilayətində ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, İstanbuldan Diyarbəkir istiqamətində gedən sərnişin avtobusu yük maşını ilə toqquşub.

Qəza nəticəsində 37 nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır.

Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım briqadaları və polis göndərilib.