Avtobus yük maşını ilə toqquşdu – 5 ölü, 15 yaralı

Türkiyədə ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, Kahramanmaraştan Şanlıurfaya 1 may tədbirlərinə qatılmaq üçün yola düşən işçiləri daşıyan avtobus qəzaya uğrayıb.

Qəza yüksək sürət səbəbindən baş verib. İşçilərin olduğu avtobus iri tonnajlı yük maşınıyla toqquşub. Nəticədə 5 nəfər ölüb, 15 nəfər yaralanıb.