!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtobusda cibgirlik edən şəxs həbs olundu

!Reklam – Yazi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, Gəncə şəhər sakinləri Ş.Cəfərov, S.Nəbiyeva və Y.Cabbarov şəhər ərazisindəki xətt avtobuslarında ciblərindən müvafiq olaraq 90 manat, mobil telefon və 44 manat pullarının oğurlandığı barədə Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət ediblər.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Cabbarov olduğu məlum olub. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 30 sutka müddətinə həbs olunub.

www.yenicag.az

1632
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv