Avtobusda daha bir ölüm

Avtobusdan yıxılmış paytaxt sakini ölüb.

Yenicag.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadın bildirir ki, mayın 26-da paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi “Daevoo” markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb.

Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb.

Yenicag.az