Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Avtobusda qadınların davası-Video

11408966787Son günlər Bakıda ictimai nəqliyyatda bəzi xoşagəlməz hallar yaşanır. Sərnişin sıxlığının daha çox olduğu avtobuslarda dəfələrlə yer üstündə əlbəayaxa davalar düşür. Hətta bunu sübut edən şəkillər, videolar sosial şəbəkələrə yerləşdirilir.

Bu gün isə marşurut avtobuslarından birində növbəti xoşagəlməz hadisə yaşanıb. Belə ki, dayanacaqda avtobusa minən yaşlı qadına əyləşmək üçün yer verilməməsi sərnişinlərin etirazına səbəb olub.

Orta yaşlı qadının gənc qızı ilə oturduğu halda qoca qadının ayaq üstə qalması sərnişinləri hiddətləndirib. Orta yaşlı qadın narazılıq edərək ayağa durub və yaşlı qadına əyləşmək üçün yer verib. Daha sonra isə ayağa durmamağının səbəbini ayağının xəstə olması ilə əlaqələndirib. Yaşlı qadın isə onu söyərək təhqir edib. Bundan sonra qadınlar arasından söz davası başlayıb. Avtobusda etirazlara baxmayaraq, qadınlar bir-birlərinin ünvanına ağır söyüşlərə səsləndiriblər.

Həmin videonu təqdim edirik:

www.yenicag.az

206