Avtobusda qaz balonu partladı – Ölənlər var

Özbəkistanın Buxara şəhəri yaxınlığında avtobusda qaz balonu partlayıb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 21 nəfər isə yaralanıb.

Xəsarət alanlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.