Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Avtobuslarda yenilik

85330Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov bu gün Milli Məclisin iclasında millət vəkili Qüdrət Həsənqulıiyevin yol hərəkəti qaydaları ilə bağlı səsləndirdiyi təkliflərə cavab verib.

R. Hüseynov qeyd edib ki, Qərb ölkərində avtobuslarda elektron topoqraflar qurulur: “Həmin nəqliyyat vasitəsinin gün ərzində iş müddətində hərəkət sürətinə nəzarət etməyə imkan verir. Belə rəqəmsal topoqrafların Azərbaycanda da tətbiqi sistemi məsələsi gündəmdədir. Nəqliyyat Nazirliyi tərəfindən müəyyən təşkilati işlər görülüb. Avtobuslarla sərnişin daşımalarında rəqəmsal topoqrafların tətbiqi nəzərdə tutulur. Buna nəzarət Nəqliyyat, həm də Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək. Yaxın vaxtlarda bu öz həllini tapmalıdır.

Sürət həddinin aşılmasına görə Cinayət Məsuliyyətinin nəzərdə tutulması məsələsi bəlkə də aktualdır. Bilirsiniz ki, sürət həddinin 60 km saatdan çox aşılması İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Buna görə 250 manat cərimə nəzərdə tutulub.

O ki qaldı avtobus sürücülərinin gündə səkkiz saatdan çox işləməsinə, bu həqiqətən təhlükəlidir. Biz bu məsələni Nəqliyyat Nazirlıiyi ilə bir neçə dəfə müzakirə etmişik. Bununla bağlı NN tərəfindən bu məsələnin həlli istiqamətində də onlar tərəfindən müəyyən addımlar atılır. Yaxın vaxtlarda avtobuslarla sərnişin daşımalarının təşkili məsələsi köklü sürətdə dəyişdiriləcək”.

Qeyd edək ki, bu günki iclasda deputat Qüdrət Həsəqnuliyev avtobus sürücülərinin sürət həddini aşması, avtobuslarda elekton cihazların qoşulmaması, sürət həddini aşmaya görə cinayət məsuliyyətinin nəzərdə tutulması ilə bağlı təkliflərlə çıxış edib.

www.yenicag.az

250