Avtobusların böyük əksəriyyəti texniki baxışdan keçməyib – Video

Bakıda sərnişindaşımada istifadə edilən avtobusların böyük əksəriyyəti texniki baxışdan keçməyib.

Yeniçağ.sz Xezerxeber-ə istinadən xəbər verir ki, həmin avtobuslar hər gün yüzlərlə sərnişini daşıyırlar. Bu da təhlükənin nə qədər ciddi olmasindan xəbər verir.

Biri 2012-ci ilə, digərlərinin isə rəngi o qədər solub ki, heç neçənci ilə aid olduğu belə bilnmir.

Söhbət ictimai nəqliyyatda istifadə edilən avtobusların texniki baxış nişanlarından gedir.

İctimai nəqliyyatda istifadə edilən avtobuslar texniki baxışdan keçmir. Bunu ortada olan rəqəmlər deməyə əsas verir. Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzinin müfəttişi Elgiz Teymurovun ”Xəzər Xəbər”ə verdiyi məlumata görə, 2014, 2015 və 2016-ci ildə texniki baxışdan keçən avtobuslar çox azdır. 2017-ci ilin ilk aylarında isə demək olar ki, bununla bağlı müraciət edən sahibkar yoxdur.

Halbuki, buraxılış ilindən asılı olomayaraq sərnişindaşımada istifadə edilən avtobuslar hər il texniki baxışdan keçməlidir.

Avtobus sahibləri isə məsələ ilə bağlı danışmaqdan boyun qaçırdılar. Onlar tez bir vaxtda avtobuslarını texniki baxışa təqdim edəcəklşərini bildirdilər. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, yol polisi tərəfindən mütəmadi olaraq avtobuslara qarşı reydlər keçirilir. Texniki baxışdan keçməyən avtobuslar aşkar edildikdə, dərhal yol hərəkətindən kənarlaşdırılaraq mühafizə olunan duracağa qoyulur. Fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər.