!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avtolux Azərbaycan” işçi axtarır – VAKANSİYA

!Reklam – Yazi

“Avtolux Azərbaycan” Texniki Dəstək (Help Desk) üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

Yeniçağ.Az-ın məlumatına görə, ali təhsilli, tələb olunan sahə üzrə minimum 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi mart ayının 29-dur.

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

– Ali təhsili (Texniki ixtisaslara üstünlük veriləcək);
– Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
– Hərbi xidməti bitirənlər və ya uzun müddətli möhlət hüququ olanlar (oğlanlar üçün);
– Tələb olunan sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi arzuolunandır;
– Windows 7, 8 əməliyyat sistemləri, Serverlərin Virtuallaşdırılması, Windows Server 2008, 2012, DNS, DHCP, Active Directory, Terminal Server, Exchange 2010/2013 haqqında fundamental biliklər;
– Kaspersky Anti-Virus və Firewall proqram təminatı haqqında fundamental biliklər;
– Kompüter şəbəkəsi üzrə nəzəri və praktiki biliklər: (tcp/ip, udp, http, vpn, pptp, l2tp, ipsec, smtp, pop3 və s.);
– MCP, CCNA sertifikatları olan namizədlərə üstünlük verilə bilər;
– Komandada işləmək bacarığı;
– İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

İŞİN TƏSVİRİ:

– İT infrastruktur elementlərinin idarə edilməsi və onlara nəzarət;
– “Hardware” və “Software” sistemlərinin quraşdırılması;
– Yeni İT infrastrukturunun, avadanlıqlarının inkişaf etdirilməsi və onların təminatında iştirak;
– İT avadanlıqlarında olan nasazlıqların aradan qaldırılması;
– Yeni texnologiyaların öyrənilməsi və tətbiqi;
– İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.

QEYD: Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində yazılmalıdır.
Əlaqə vasitələri:

E – mail : [email protected]
Telefon: +994 12 404 8393

 

Yeniçağ.Az

www.yenicag.az

1159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv