Avtomagistralda 60 maşın toqquşdu – VİDEO

ABŞ-ın Miçiqan ştatında avtomagistralda 60-a yaxın nəqliyyat vasitəsi toqquşub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar da var. Azı 3 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir. Amma onların həyati təhlükəsi yoxdur.

Qəzaya güclü qar və yolun buz bağlaması səbəb olub.