Avtomobil 14 yaşlı uşağı vurdu

piyada_olumuBakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az apa-ya istinadən bildirir ki, yanvarın 31-də saat 17.25 radələrində, 20 Yanvar küçəsi-36-nın qarşısında Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Rəşad Alışov idarə etdiyi “Opel” markalı avtomobillə, həmyerlisi 2001-ci il təvəllüdlü Sərxan Yaqubovu vurub. Xəstəxanaya yerləşdirilən yaralı fevralın 2-də günorta saatlarında orada dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır.