Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 5-də saat 1 radələrində paytaxtın Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini E.Cəbiyevin idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən 2 nəfər vurub və onlar xəsarətlə xəstəxanaya yerləşdirilib. Piyadalardan Əlyar Süleymanov orada ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.