!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil 22 yaşlı gənci vuraraq ağır yaraladı - Bakıda

!Reklam – Yazi

Bakıda avtomobil piyadanı vuraraq digər avtomobilin üstünə atıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

“İnşaatçılar” metrostansiyasının yaxınlığında Rəşad adlı 22 yaşlı gənc (soyadı dəqiqləşdirilir-red) yolu keçərkən onu avtomobil vurub. Piyada zərbənin gücündən digər avtomobilin üzərinə düşüb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

884
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv