Avtomobil 6 metr yüksəklikdən binanın həyətinə düşdü – FOTOLAR

Sürücü idarəetməni itirərək ağır qəzaya səbəb olub.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, İstanbulun Tuzla bölgəsində qeyri-adi yol qəzası baş verib. Ərcan – Rukiyə K. cütlüyünün içində olduğu maşın təxminən 6 metr yüksəklidən aşağı düşüb. Binanın həyətinə düşən avtomobil sakinlərin diqqətini çəkib. Hadisə yerinə gələn iki nəfər onları maşından çıxarmağa nail olub.

Daha sonra isə hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb. Hadisə zamanı maşını Rukiyə K.-nın idarə etdiyi bildirilib.