!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil almaq istəyənlərə şad xəbər

!Reklam – Yazi

atAzərbaycanda avtomobil bazarında alıcı qıtlığı yaşanır.

Bazarlarda kifayət qədər avtomobil olsa da maşın alan demək olar ki yoxdur.

Satıcılar da tələbatın kəskin azaldığını deyirlər.

Nəqliyyat vasitələrinin satışı ilə məşğul olan Elgiz Məmmədov deyir ki, manatın devalvasiyasından əvvəl hər ay ən azı 10 avtomobil satıblar.

“Fevral ayında manatın ucuzlaşmasından başlayaraq alıcılar azalmağa başladı. Hazırda ay ərzində 2 avtomobil satanda sevinirik.”-deyə E. Məmmədov deyir.

Digər avtomobil satıcıları da eyni vəziyyətdən şikayətlənir.

Avtomobil salonunda satıcı işləyən Sevda Məmmədova da deyir ki, alıcıların kəskin azalmasına görə, avtomobillərə 15-20 faiz endirim olunub. Amma buna baxmayaraq satış mərkəzlərinin qapısını açan yoxdur.

“Hazırda ay ərzində bir avtomobil belə sata bilmirik. Endirim kampaniyalar, şirnikləşdirici lotereyalar təşkil etsək də heç bir faydası yoxdur.”-deyə Sevda Əzizova deyir(ans).

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv