Avtomobil ARDNŞ-in binasına girib

56a5415c82c985932348e69211336320Sürücünün idarəetməsindən çıxa maşın şirkətin giriş qapısına çırpılıb

Bu günlərdə Bakının Səbail rayonunda qəribə yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, 1988-ci il təvəllüdlü Yadigarov Elman Elxan oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 VG 510 nömrə nişanlı avtomobil Dövlət Neft Şirkətinin binasına çırpılıb. Belə ki, sürücünün idarəetməsindən çıxan avtomobil şirkətin Niyazi küçəsi 1 ünvanında yerləşən əsas binasının giriş qapısına çırpılaraq dayanıb. Nəticədə binanın qapısı sınıb, sürücü isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.

(lent.az)