Avtomobil aşdı – Bir ailənin üç üzvü yaralandı

 

masin-asdiBakıda minik avtomobili aşıb.

Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zığ-Hövsan yolunda qeydə alınıb. 47 yaşlı Azər Dadaşlı idarə etdiyi “Land Cruiser” markalı avtomobili aşırıb. Nəticədə sürücü və avyomobildə olan ailə üzvləri – Tahirə Dadaşlı və 12 yaşlı Ağa Dadaşlı xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(APA)