Avtomobil aşdı – Ölənlər var

Füzuli rayonunda yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, aprelin 8-i saat 8 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində Arayatılı kənd sakini Araz Xəlilov idarə etdiyi “Renault” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və həmkəndlisi olan sərnişini Elnur Qasımov hadisə yerində ölüblər.

Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.