Avtomobil aşdı – Sürücü öldü

Yasamal rayonunun M.Müşfiq küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, noyabrın 27-də saat 6 radələrində Yasamal rayonunun M.Müşfiq küçəsində Xırdalan şəhər sakini Elvin İbrahimxəlilov idarə etdiyi “Tofaş” markalı avtomobili aşırıb. Sürücü xəstəxanaya aparılarkən yolda ölüb.