Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avtomobil bazarında KURYOZ TENDENSİYA: Bakıda maşınların sayı azalır, bölgələrdə isə artır - ŞƏRH

“Paytaxtdakı tıxac problemi vətəndaşların şəxsi avtomobilindən deyil taksi xidmətindən istifadə etməsinə səbəb olur”.

Bu sözləri son 6 ildə Bakı şəhəri üzrə minik avtomobillərinin sayının 100 min ədədə yaxın azalmasına təsir edən amilləri dəyərləndirən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, qarşıdakı aylarda ölkəyə avtomobil idxalında artım olacağı gözlənilir:

“Xüsusilə pandemiya dövründə paytaxtdakı minik avtomobillərinin sayında azalma müşahidə olunub. Bu vəziyətin postpandemiya dövründə də davam edəcəyi gözlənilir.

Çünki günün pik saatları və bayram günləri xaric, digər vaxtlarda da Bakının əsas yollarında tıxacın yaranması sürücülərdə diskomfort yaradır. Ona görə də son 5-6 ay ərzində vətəndaşların əksəriyyəti taksi xidmətindən istifadə etməyə üstünlük verirlər.

Bakıdan fərqli olaraq digər bölgələr üzrə minik avtomobillərinin sayı 150 mindən çox artıb. Bu, iqtisadi göstəricilərlə bağlıdır və sevindirici haldır. Hazırda dünya iqtisadiyyatı müəyyən tənəzzülə uğrasa da, avtomobil alış-satışı ilə bağlı tələbat artıb. Bu fonda ölkəmiz üzrə də avtomobil idxalında azalma müşahidə olunmur”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

289
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100