Avtomobil bazarında qiymət artımı davam edir

Oktyabr ayında Bakıda avtomobil bazarında da qiymət artımları davam edib.

Bu barədə Yenicag.az-a noyabrın 14-də İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəzin keçirdiyi monitorinqə əsasən, 20 min manatadək olan avtomobillərin qiyməti 5 faiz yüksəlib. Oktyabr ayında da Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunub.

Həmin növ avtomobillərin qiymətində dəyişiklik qeydə alınmayıb.