Avtomobil dayanacağında partlayıcı qurğu tapıldı

Rusiyanın Tomsk şəhərində yaşayış evinin yaxınlığında avtomobil dayanacağında partlayıcı qurğu aşkar edilib.

Yeniçağ.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məlumata görə, saat 10:00-da növbətçi hissəyə yaşayış evinin yaxılığında avtomobil dayanacağında şübhəli əşya aşkarlanması barədə məlumatı daxil olub. Hadisə yerinə gələn ekspertlər müəyyənləşdiriblər ki, o, təhlükə kəsb edib.

Yeniçağ.az