Avtomobil dərəyə aşdı – Ölən var

Gədəbəydə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, avqustun 17-də saat 15:00 radələrində Gədəbəy rayonunun Qaradağ kəndi ərazisində rayon sakini M.Həsənov idarə etdiyi “VAZ-21061” markalı avtomobili dərəyə aşırıb və nəticədə hadisə yerində ölüb.

Faktla bağlı Gədəbəy Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.