Lerikdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Lerik şəhərinin ərazisində Gürdəsər kənd sakini Ş.Xosrofov idarə etdiyi “QAZel” markalı avtomobili yolun kənarındakı divara vurub.
Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Şirvan Məmmədov orada ölüb.
Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.