Bakıda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb.
BMW markalı avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Hətəmova Səliqə Elşad qızını vurub.
Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.