Avtomobil işıq dirəklərinə çırpıldı – Xəsarət alanlar var

Qax rayonunun Heydər Əliyev prospektində qəza baş verib.

Yenicag.az xəbər verir ki, rayon sakini 1991-ci il təvəllüdlü Zaur Alakulaşvili idarə etdiyi 99-TB-884 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın işıq dirəklərinə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.