Avtomobil kanala aşdı – Ölən var

Cəlilabadda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil anidən idarəetmədən çıxıb, yaxınlıqdakı su kanalına düşüb. Nəticədə Cəlilabad şəhər sakini, 1991-ci il təvəllüdlü Rzayev Emin Asif oğlu avtomobilin içərisində suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.