Avtomobil kanala aşdı – Ölənlər var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə ötən gecə Salyan rayonunun Sarvan kəndində qeydə alınıb.

Neftçala rayonunun Qaçaqkənd sakini, 1990-cı il təvəllüdlü Şəhriyar Abışovun idarə etdiyi “Hyundai” markalı avtomobil kanala aşıb. Nəticədə avtomobildə olan sərnişin Neftçala sakini, 1994-cü il təvəllüdlü Mərhəmət İsrafilov hadisə yerində, sürücü isə səhər saatlarına aldığı xəsarətlərdən Salyan rayon Xəstəxanasının reanimasiya şöbəsində ölüb.

Xəsarət alan digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.