Avtomobil kanala düşdü – Ölən var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağcabədi rayonunda “VAZ” markalı minik avtomobili Qarabağ su kanalına düşüb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin və Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1982-ci il təvəllüdlü Mirzəyev Gündüz Savalan oğlunun meyitini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.