!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil körpüdən aşdı

!Reklam – Yazi

078b6f0a291c6192b290af712e429ffbŞəki rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün günorta saatlarında Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər Xətai rayon sakini 1954-cü il təvəllüdlü, Fəxrəddin Avaz oğlu Bayramov idarə etdiyi “Niva” markalı, 90 ST 230 dövlət nömrə nişanlı maşınla Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını Şin çayı üzərindəki körpüdən aşırıb. Qəzadan sonra Fəxrəddin Bayramov Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv