Lerik rayonunda ağır yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, hadisə rayonun Şıxondu kəndində qeydə alınıb.
Rayon sakini, 1985-ci il təvəllüdlü Qurbanov Mail Hətəmxan oğlu “KİA” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərib. Nəticədə avtomobil kənd ərazisindəki körpüdən çaya aşıb.
Hadisə zamanı sürücü M.Qurbanov və sərnişini, 1981-ci il təvəllüdlü Ağayev Nazim Möhəbbət oğlu hadisə yerində ölüb, avtomobildə olan digər sərnişin 1982-ci il təvəllüdlü Ağayev Vüsal Cəlal oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisə avtomobilin qarşısına qəfil qoyun sürüsünün çıxması səbəb olub.
Faktla bağlı Lerik rayon Polis Şöbəsində araşdırma aparılır.