Avtomobil kül oldu – Xəsarət alan var

Sabirabadda avtomobil, Tovuzda transformator yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Sabirabad rayonunun Hacıbəbir kəndində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Tovuz rayonunun Hacallı kəndində isə transformatorun yağı və sarğıları yanıb. Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.