Avtomobil məktəbli qızı vurdu – Bakıda

 

qeza_mekteblini_masin2123Bakıda naməlum avtomobil məktəbli qızı vurub.

Hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi 11 yaşlı Ağalarova Nəzrin Cəlal qızının yaşadığı evin yaxınlığında baş verib. Onu qonşuları xəstəxanaya çatdırıb.

Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, N.Ağalarova 65 nömrəli orta məktəbin şagirdidir.