Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avtomobil nömrəsi 99-la başlayan sürücülərin diqqətinə

DSC_3901Avtomobilərin bir qismi paytaxtda, digər qismi isə bölgələrdə qeydiyyatdadır.

Dünən etibarən paytaxt Bakıya digər şəhər və bölgələrdə qeydiyyatda olan avtomobillərin buraxılması ilə bağlı olan qadağa qüvvəyə minib.

Yenicag.az xəzərxəbər-ə istinadən xəbər verir ki, şəhərin həm şimal, həm də cənub girişlərində müxtəlif postlar qurulub. Sürücüləri düşündürən daha bir məsələyə aydınlıq gəlib. Söhbət 99 seriyası ilə başlayan avtomobillərin Bakıya buraxılıb-buraxılmamasındən gedir.

Mübahisələrə səbəb olan 99 seriyası ilə bağlı məsələyə də Baş Dövlət Yol Polis idarəsi münasibət bildirib.

Çünki bu seriya ilə başlayan avtomobilərin bir qismi paytaxtda, digər qismi isə bölgələrdə qeydiyyatdadır. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsininin rəhbəriKamran Əliyevin sözlərinə görə həmin avtomobillərin harda qeydiyyatda olmasını dəqiqləşdirmək üçün xüsusi prosedur tələb edilir. Həmin prosedur hazır olana qədər bu avtomobillərin şəhərə sərbəst girişi təmin ediləcək.

Çəkiliş məlum olub ki, Abşeron rayonunda qeydiyyatda olan avtomobillərin girişinə heç bir məhduddiyyət yoxdur. Ərazidə olan yol polisi əməkdaşlarının verdikləri məlumata görə Abşeronda qeydiyyatda olan maşınların girişinə icazə verilib. Bu da postun yerləşdiyi ərazidən sonra bəzi sakinlərin evlərinin yerləşməsi ilə izah edilir.

Duracaqdan 20 yanvar metrostansiyasına doğru hərəkət etmək üçün nəzərdə tutulmuş yeni 203 saylı avtobuslar da fəaliyyətə başlayıb.

Loading...

www.yenicag.az

484