Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avtomobil oğrulayıb aşırdılar

загруженное (9)Bakıda avtomobil oğurlayan şəxslər tutulub.

Noyabrın 16-da saat 15.00 radələrində Binəqədi rayonunun Babaşov küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini Samir Şıxkərimova məxsus “Hyundai” markalı avtomobil qaçırılıb. Avtomobil həmin gün saat 16.00 radələrində Salyan rayonu ərazisində idarə edilərkən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Sürücü tabeçilik göstərməyərək hərəkəti davam etdirib və avtomobili aşırıb.

Avtomobili idarə edən avtoyuma məntəqəsinin işçisi – Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Ərşad Səfərova və sərnişinləri – Masallı rayon sakini Mais Fərzəliyevə və Biləsuvar rayon sakini Həsən Soltanova ilkin tibbi yardım göstərilib və onlar Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə aparılıblar.

H. Soltanovun halı pisləşdiyindən o, xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Loading...

www.yenicag.az

361