Avtomobil öncə piyadanı vurdu, daha sonra üstündən keçdi – Dəhşətli görüntülər

--7446793Yenicag.az xəbər verir ki, İngiltərədə dəhşətli olay yaşanıb. Beləki, gecə saatlarında dostları ilə yolu keçmək istəyən piyadanı avtomobil vurub.

Zərbənin təsirindən piyada havaya qalxaraq yerə çırpılır. Bununla yetinməyən sürücü, geri qayıdaraq yerdə uzanan şəxsin üzərindən keçir və hadisə yerindən uzaqlaşır. Bu sırada vurulan şəxsin dostları avtomobilə daş atmağa başlayırlar.

Bu görüntülər isə anbaan təhlükəsizlik kameralarına yansıyıb. Hadisəni törədən şəxs saxlanılsa da daha sonra sərbəst buraxıldığı deyilir.

--7446793