Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Avtomobil piyadaları əzdi - FOTO/VİDEO

Barselonada ağır yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qrasia küçəsində baş verib.

Məlumata görə, avtomobildə orta yaşlı evli cütlük olub. Avtomobilin sürücüsü nəzarəti itirərək yolun kənarında dayanan piyadaları əzib.

Təcili yardım şöbəsindən bildirilib ki, hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar arasında 10 yaşlı qızın vəziyyəti ağırdır.

Hüquq-mühafizə orqanları hadisəni qəza hesab edirlər.

Faktla bağlı istintaq  davam edir. Polisin ilkin ehtimalına görə, qəzaya səbəb avtomobilin sürücüsünün kəskin ürək-tənəffüs çatışmazlığı olub.

Natəvan Abbaslı

www.yenicag.az

2241
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM