Avtomobil piyadanı öldürdü – Kimliyi müəyyənləşdirilir

Bakıda avtomobilin vurduğu piyadanın kimliyi müəyyənləşdirilir.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, oktyabrın 29-da saat 21 radələrində Nizami rayonunun Heydər Əliyev prospektində Bakı şəhər sakini S.Mehdiyev idarə etdiyi “Ravon” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

COP29