Avtomobil piyadanı vuraraq öldürüb

publika.az13917264571383998349_apicturepicture5160_5238Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, fevralın 5-də saat 07:20 radələrində, Ş.Məmmədova küçəsində Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Tamerlan Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə Füzuli rayon sakini, 1960-cı il təvəllüdlü Novruz Xanaliyevi vurub. N.Xanaliyev aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qəzada idarəetməni itirən sürücünün avtomobili daha sonra maneəyə çırpılıb. Yaralı sürücü xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.