!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil piyadanı vuraraq öldürüb

!Reklam – Yazi

55ca598e949354d2e43d1afd26f2fad6Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin küçədə Samirə Usubovanın idarə etdiyi “Toyota” və Həsənağa Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Toqquşmadan sonra idarəetməni itirmiş S.Usubova avtomobilini yolun kənarında dayanmış İntiqam Xəlilova məxsus “Hyundai”, Kamil Məmmədova məxsus “BMW” və Göyçay rayon sakini Seymur Vəliyevə məxsus “KİA” markalı avtomobillərə çırpıb. Bu zaman avtomobil yolun kənarında dayanmış Abşeron rayon sakini Şöhrət Orucovu vurulub. Xəstəxanaya yerləşdirilmiş Ş.Orucov orada dünyasını dəyişib.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv