Avtomobil qəzası: Sürücü öldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Göyçay rayonu, Xəlitli kəndində “Mercedes” və 2 ədəd “VAZ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Yenicag.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Qarayev Nağı Bəhruz oğlunun meyitini deformasiyaya uğrayan “VAZ” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.