Avtomobil qoşqusu alışdı

Xızıda avtomobil qoşqusu yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, rayonunun Giləzi qəsəbəsində avtomobil qoşqusunun yanar hissələri və içərisindəki əşyalar yanıb.

Məlumata görə, ərazidə olan elektrik dirəkləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.