!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtomobil rüsumlarının bahalaşma tempi: "Bu artım son olmayacaq"

!Reklam – Yazi

“Rüsumların artması nəqliyyat sektorundakı problemləri artıracaq”.

Bunu “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən, avtomobil nömrələri və minik avtomobilinin mühərrikinin həcminə görə dövlət rüsumlarının artırılmasına münasibət bildirən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yerli avtomobil istehsalının olmaması vətəndaşların daha çox xərcə düşməsinə səbəb olur:

“Ölkəyə gətirilən avtomobillərin dövlət rüsumlarının artırılması birmənalı şəkildə qiymətlərin bahalaşmasına səbəb olacaq. Düzdür, hər il ölkəyə daxil olan avtomobillərin qiymətində cüzi artım olsa da, alıcılıq qabiliyyətində azalma müşahidə olunmurdu. Rüsumların artması avtomobillərin ehtiyat hissələri ilə bağlı problemi daha çox aktuallaşdıracaq. Ölkədə keyfiyyətsiz ehtiyat hissələri çox olsa da, nəzarət mexanizmi yoxdur. Ümumilikdə rüsumlarla bağlı dəyişiklik dövlətin iqtisadi strategiyasına uyğun aparılır. Bu rüsumun artımının son olacağını düşünmürəm. Rüsum artımının digər səbəbi ölkədə lazımi səviyyədə yerli avtomobil istehsalının mövcud olmamasıdır”.

Gülşən Şərif

www.yenicag.az

647
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv