Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Avtomobil sahiblərinin nəzərinə: Yeni qaydalar təsdiqləndi

Nazirlər Kabineti “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nı təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bu sənəd nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) olan dərman qutusunun tərkibinə və odsöndürənə dair tələbləri, habelə onlardan istifadə təlimatını müəyyən edir.

Təlmata görə, sürücülər idarə etdikləri nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər. Dərman qutusu nəqliyyat vasitəsində elə yerdə saxlanılmalıdır ki, ətraf mühitin təsiri (günəş şüaları və s.) onun içindəki dərman vasitələrinə zərər yetirməsin.

Bütün nəqliyyat vasitələrində odsöndürən sürücünün asanlıqla götürə biləcəyi yerdə quraşdırılmalıdır. Odsöndürən nəqliyyat vasitəsinin qapalı baqaj yerində quraşdırılmamalıdır.

www.yenicag.az

516
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM