Avtomobil sakini vurub öldürdü

Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən  verilən Yenicag.az-a məlumata görə, avqustun 27-də saat 21 radələrində Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Gürcüstan vətəndaşı B.Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Nurlan Yusifovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Araşdırma aparılır.